“İkinci hissədə bir qədər arxayınlaşdıq”

Dünən Türkiyənin 19 yaşadək futzalçılardan ibarət komandası ilə keçirilmiş yoldaşlıq oyununda millimizin ilk qolunu vuran Tofiq Hüseynov qarşılaşma ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, o, federasiyanın rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Bir həftəyə yaxındı təlim-məşq toplanışına yığışmışıq. Oyuna da həvəslə hazırlaşmışdıq. Çünki doğma meydanda ilk oyunumuz idi. Düzdü, ilk dəqiqələrdə bir qədər həyəcan var idi, ancaq sonradan toparlandıq və fasiləyə qədər hesabı xeyrimizə dəyişdik. Görünür, təcrübəsizlik ikinci hissədə meydana arxayın çıxmağımıza səbəb oldu. Sanki bir qədər boşaldıq. Zədələnən futzalçılarımız oldu.

Rəqibimiz fiziki cəhətdən çox güclü idi. Korpusla rahat oynayırdılar. Topu qəbul edib, gövdələri ilə rahat dönürdülər. Bu cür oyunlarda nəticədən çox səhvləri görmək, analiz edib düzəltmək vacibdir.

Əlbəttə, Avropa çempionatının oyunlarına qədər mütləq səhvlərimizi düzəltməliyik. Çünki qrupumuzda Sloveniya, Hollandiya kimi təhlükəli komandalar var. Kipr ilkin mərhələdən vəsiqə qazansa da, zəif komanda deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button