2 futbolçu “Mançester Yunayted”i tərk edə bilər

“Mançester Yunayted”in yarımmüdafiəçiləri Bruno Fernandes və Kazemiro mövsümün sonunda komandanı tərk edə bilər.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubları artıq Kazemironun agentləri ilə danışıqlara başlayıb. Onlar həmçinin Fernandesin transferini onun nümayəndələri ilə müzakirə etməyi planlaşdırırlar.

“Mançester Yunayted” uğursuz mövsüm keçirir. Erik ten Haqın komandası İngiltərə Premyer Liqasının başa çatmasına 2 tur qalmış turnir cədvəlində səkkizinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button