İcarədə olduğu klubla müqavilə bağladı

Mərakeşli yarımmüdafiəçi Amin Arit “Marsel”lə müqavilə imzalayıb.

Komanda.az Fransa klubunun rəsmi saytına istinadən xəbər verir ki, onun keçidi “Marsel”ə 5 milyon avroya başa gəlib.

Arit 2021/22 və 2022/23 mövsümlərində icarə əsasında Liqa 1 təmsilçisində forma geyinib. O, müqavilə ilə “Şalke”yə məxsusdur.

26 yaşlı oyunçu 2022/23 mövsümündə Fransa klubunun heyətində 50 oyuna çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button