İddia: Dembele PSJ ilə anlaşıb

“Barselona”nın futbolçusu Osman Dembele PSJ-yə keçməyə yaxındır.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, fransalı vinger PSJ ilə müqaviləni razılaşdırıb. Tərəflər bütün detallarda anlaşsa da, Dembelenin transferi mövsümün sonunda açıqlanacaq.

Dembele Paris klubuna azad agent kimi qoşulacaq. O, “Barselona” ilə yayda bitəcək müqaviləsini yeniləmək istəmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button