İbrahimoviçin təhdid etdiyi futbolçu: “Mənə “ayaqlarını qıracam” dedi”

MLS-in 9-cu turunda “Los Anceles Qalaksi” “Real Solt-Leyk”i 2:1 hesabıyla məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, qarşılaşmanın ardından “Real Solt-Leyk”in futbolçusu Nedum Onuoha maraqlı açıqlama verib. 32 yaşlı müdafiəçi “Los Anceles Qalaksi”nin formasını geyinən və oyunda qələbə qolunu vuran Zlatan İbrahimoviçin onu təhdid etdiyini deyib:

“İbrahimoviç meydanda sadəcə şou göstərmək üçün var. Bir çox futbolçu ondan qorxur. Ancaq o da bizim kimi ölümlüdür. Eqoistdir və bizə yuxarıdan aşağı baxır.

Heç vaxt İbrahimoviç kimi futbolçuları sevməmişəm, bunda sonra da sevməyəcəm. Havadan gələn topa ikimiz də tullandıq. Sonra İbrahimoviç başıma vurdu. “Nə edirsən?” deyəndə, o, mənə “nə olacaq, bilirsən? Canını incidəcəm, ayaqlarını qıracam” dedi. Qol vurduqdan sonra da yanıma gəlib, “mənimlə mübahisə etsən, nə olacağını gördün” deyə, səsləndi.

Oyundan sonra məndən üzr istəməyə gəldi, ancaq qəbul etmədim. Matçın 60-cı dəqiqəsindən sonra oyunboyu məni təhdid edib. Meydanda olanlara çox fikir vermirəm, ancaq onun üzrünü də qəbul etmərəm”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button