İbrahimoviç nə vaxt qayıdır?

İtaliyanın “Milan” klubunun zədəli hücumçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, isveçli futbolçu iki gün sonra yenidən tibbi müayinədən keçəcək. Onun bu ayın sonunadək formasını tam bərpa edə biləcəyi deyilir.

İbrahimoviçin İtaliya A Seriyasının 28-ci turunda keçiriləcək “Roma” ilə oyunda meydana çıxması gözlənilir.

“Milan” – “Roma” oyunu iyunun 28-də keçiriləcək.

İbrahimoviç mayın 25-də, komandanın məşqində zədələnmişdi.