“Milan” İbrahimoviçlə danışıqları başa çatdırdı

İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviçin komandadakı gələcəyi müəyyənləşib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klubla isveçli hücumçu arasında bir müddətdir davam edən danışıqlar yekunlaşıb. İbrahimoviç “qırmızı-qaralar”ın formasını geyinməyə davam edəcək. Tərəflər arasındakı yeni müqavilə 2021-ci ilin yayına qədər nəzərdə tutulacaq.

Klubla futbolçu məvacib məsələsində razılığa gələ bilmirdi. Yanvar ayından “Milan”ın uğurları üçün çalışan 38 yaşlı futbolçunun müqaviləsi avqustun sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button