İbrahimoviç – Hamıdan yaxşı

“Los Anceles Qalaksi”nin şərəfini qoruyan Zlatan İbrahimoviç MLS-də 2019-cu ilin ən yaxşı futbolçusu seçilib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, isveçli hücumçu ABC telekanalının təşkil etdiyi ilin ən yaxşı futbolçusu mükafatını qazanıb. O, Yosef Martines, Ueyn Runi və Aaron Lonqu qabaqlayaraq, bu mükafata sahib çıxıb.

Bununla da, 9-cu dəfə “Los Anceles Qalaksi” futbolçusu bu mükafatı qazanıb. Daha əvvəl Lendon Donovan (5 dəfə), David Bekhem (2 dəfə) və Robbi Kin bu mükafata layiq görülüb.

2018-ci ildən Amerika təmsilçisinin heyətində çıxış edən İbrahimoviç, bu müddət ərzində keçirdiyi 42 oyunda 35 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button