İbrahimoviçə daha bir “elçi” – Yenə İtaliyadan

“Los Anceles Qalaksi”nin futbolçusu Zlatan İbrahimoviç karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, isveçli hücumçu “Napoli”nin transfer hədəfindədir. Neapol klubu futbolçuyla 1,5 illik müqavilə bağlamaq niyyətindədir. Klub hücumçuya 2020-ci ilin yanvarından iyununadək 1,5 milyon avro, növbəti ildən isə 3 milyon avro və bonuslar ödəməyə hazırdır.

38 yaşlı futbolçu bu mövsüm “Los Anceles Qalaksi”nin heyətində keçirdiyi 30 oyunda 30 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Fiorentina”nın da maraq dairəsində olduğu deyilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button