Hüseynov Azərbaycan birinciliyinin qalibi oldu

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində keçirilən yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində ilk yarış günü başa çatıb.

Komanda.az xəbər verir ki, turnirdə ölkənin şəhər və rayonların idman cəmiyyətləri, klubları və mərkəzlərini təmsil edən 150-dən çox gənc atlet iştirak edir.

Oğlanlardan körpücük üzərinə ilk olaraq çəkisi 49 kq-a qədər olan atletlər çıxıb. Fəxri kürsünün ən yüksək pilləsinə Əlimehti Hüseynov qalxıb. O, toplam 140 kq (60+80) nəticə ilə qızıl medala sahib çıxıb. Gümüş medalı toplam 128 kq (56+72) nəticə ilə Rəhman Mərdalıyev, bürünc medalı isə toplam 127 kq (57+70) nəticə ilə Toğrul Mustafayev tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button