“Hücumçulardan daha yaxşısını gözləyirəm” – Adrian Mutu

“Neftçi”nin baş məşqçisi Adrian Mutu Premyer Liqanın 18-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:

“Çətin matç idi. Güclü rəqibə qarşı oynadıq. Oyunçular meydançada əzmkarlıq göstərdilər. Məğlubiyyət utancvericidir. İllər sonra bu stadiona məşqçi kimi çıxmaq yaxşı hisslərdir. Stadion dəyişilib. İndi daha gözəldir. Hücumçulardan daha yaxşısını gözləyirəm. Bu vəziyyətdən çıxmaq lazımdır. Bütün hücumçular oyunlarını göstərə bilmirlər”.

Akif Əhmədov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button