“Hesabı 3:0 etməyi bacarsaydıq…” – Luis Suares

İspaniya La Liqasının son turunda “Vilyarreal”la 4:4 hesablı bərabərliyə razılaşan “Barselona”nın hücumçusu Luis Suares açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, uruqvaylı futbolçu, çempionatda arxayınlaşmamaq lazım olduğunu deyib:

“Oyuna yaxşı başladıq və 2:0 hesabı ilə önə keçdik. Hesabı 3:0 etməyi bacarsaydıq, qalib gələrdik. Bundan sonra rəqib daha çox mübarizə aparmağa başladı.

Bizim komandanın ruhu var. La Liqanı qazanmaq istəyirik və bunu göstəririk. Hələ də “Atletiko” ilə aramızda xal fərqi var. Bu gün arxayınlaşmamağın lazım olduğunu gördük. Bu oyunda etdiyimiz səhvlərdən dərs çıxarıb, yolumuza davam edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button