“Hesab bizi aldatmamalıdı” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 6:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

  • Futbolçularımı təbrik etmək istəyirəm. Bu gün çox istəkli idilər. İlk hissə çox çətin alındı, qapımızda qol epizodları oldu. Bu hesab bizi aldatmamalıdı. Qarşıda vacib oyunlarımız var.
  • Sona 6 tur qalıb. Komanda çempionluğa hazırdımı?
  • Problemlər həmişə var. Dəfələrlə demişəm, hər oyun bizim üçün ağır olur. Belə oyunlar il ərzində 1, ya da 2 dəfə olub. Futbolçularımın hamısı təcrübəlidi. Onlar çempionluğa istəklidi. Amma bu, futboldu. Həmişə istədiyiniz kimi olmur. Qismətimizdə varsa, çempion olacağıq. İki tərəfdən biri qalıb gəlməlidi.
  • Çempionluq üçün ölkə kubokunu qurban vermək ağlınızdan keçirmi?
  • Belə bir düşüncəmiz yoxdu. Şansımız varsa, ikisini də qazanmaq istəyirik.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button