“Herta”dan darmadağın

Futbol üzrə Almaniya çempionatında 30-cu turdan təxirə salınmış bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, günün yeganə matçı “Herta” ilə “Frayburq” arasında baş tutub.

Meydan sahibləri bu oyunda 3 cavabsız qolla qələbə qazanıblar. Bu nəticədən sonra “Herta” 30 xalla 14-cü pillədə qərarlaşıbsa, “Frayburq” 41 xalla 9-cudur. “Herta”nın ehtiyatda daha bir oyunu var.

Xatırladaq ki, ötən ay “Herta”nın kollektivində koronavirusa kütləvi yoluxma qeydə alındığı üçün, bu komandanın üç oyunu təxirə salınmışdı.

Almaniya Bundesliqası, 30-cu turun oyunu

3 may

Herta – Frayburq 3:0
Qol
: Pyontek, 13. Pekarik, 22. Radonyiç, 85.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button