Henderson “Liverpul”da niyə qalmayıb? – Klopp açıqladı

“Liverpul”un baş məşqçisi Yurgen Klopp ingiltərəli yarımmüdafiəçi Cordan Hendersonun Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubuna keçməsinin səbəbini açıqlayıb.

Komanda.az xəbər verir ki, almaniyalı mütəxəssis “Vulverhempton”la oyundan əvvəl keçirilən mətbuat konfransında bildirib ki, o, Hendersona “Liverpul”da qalmasını istədiyini deyib:

“Henderson həqiqəti söyləyir. Bu, belə idi. Onunla danışıqlarımız oldu. Mən onun qalmasını istədiyimi dedim. Amma onun müntəzəm oynaya bilməyəcəyi haqda da danışdıq”.

33 yaşlı Henderson 2011-ci ildən “Liverpul”da çıxış edib.

İyulun 27-də “Liverpul” Hendersonun Stiven Cerrardın rəhbərlik etdiyi “Əl-İttifaq”a keçidini rəsmən elan edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button