“Media çox qəddardır” – Ronaldo

Portuqaliyada 2019-cu ilin ən yaxşı futbolçusu seçilən Kriştiano Ronaldo açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Yuventus”un şərəfini qoruyan hücumçu, bunları deyib:

“Bu gün gözəl anlar oldu, amma unudulmaması lazım olan bir məqam var. Müasir dünyada hər şey sosial şəbəkələr vasitəsilə çox sürətlə inkişaf edir. Media çox qəddardır və bu, təkcə məni narahat etmir.

Heç vaxt kiminsə sizə təsir etməsinə icazə verməyin. Xəyallarınıza ciddi fikir verin, etdiyiniz işlərə ciddi yanaşın və kiminsə sizi yayındırmasına icazə verməyin. Kimsə sizə “buna heç vaxt nail ola bilməzsən” deyəndə, qulaqlarınızı bağlayın. Hər gün istədiklərinizə nail ola biləcəyinizi bilin. Mən belə etmişəm”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button