“Roma” rəsmisindən Ronaldo açıqlaması: “Heç vaxt…”

“Roma”nın baş direktoru Tiaqo Pinto “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun kluba mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, 37 yaşlı hücumçu ilə heç vaxt danışıqlar aparmadıqlarını bildirib:

“Bütün söz-söhbətlərə baxmayaraq, konkret bir şey yoxdur. Onunla heç vaxt danışıqlar aparmamışıq. Ola bilsin ki, mənim və baş məşqçi Joze Mourinyonun Portuqaliyadan olması belə mövzuları gündəm edir”.

Ronaldonun Qətərdə keçirilən dünya çempionatından sonra “Mançester Yunayted”dən ayrılacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button