Karrager: “Heç kim “Mançester Yunayted”in necə oynadığını izah edə bilməz”

“Liverpul”un sabiq futbolçusu Cimi Karrager “Mançester Yunayted”in cari mövsümdəki çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, İngiltərə millisinin keçmiş üzvü “qırmızı şeytanlar”ın oyun üslubunun nə olduğunu bilmədiyini deyib:

“Heç kim “Mançester Yunayted”in necə oynadığını izah edə bilməz. Artıq bir il yarım keçib. İndi qərar verməliyik və komandanın necə oynaması lazım olduğunu başa düşməliyik. Lakin biz hələ də onların oyun üslubunun nə olduğunu bilmirik”.

İngiltərə Liqa kubokunun 1/8 finalında “Mançester Yunayted” “Nyukasl”a məğlub olaraq (0:3), turnirdən kənarlaşdırılıb. “Qırmızı şeytanlar” bundan əvvəl Premyer Liqanın 10-cu turunun matçında “Mançester Siti”yə eyni hesabla uduzmuşdular.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button