DÇ-2022: “Heç-heçə ədalətli nəticədir”

İngiltərə millisinin müdafiəçisi Kiran Tripyer DÇ-2022-nin qrup mərhələsinin ikinci turunun ABŞ-la matçı (0:0) barədə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qolsuz bərabərliyi ədalətli nəticə hesab edib:

“Hər iki komanda qalib gəlməyə çalışdı və şansları var idi. Ona görə də, heç-heçə ədalətli nəticədir. İndi bütün diqqətimizi Uelslə keçiriləcək matça yönəltməliyik”.

Tripyer qrupun son görüşünün çox vacib olduğunu deyib:

“Uelslə oyunun nə qədər vacib olacağını bilirik. Həmin görüşə qələbə əhval-ruhiyyəsi ilə çıxıb, üç xal qazanmağa çalışacağıq. Hər oyunda bunu etmək istəyirik”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button