“Hazırda turnir cədvəlinin lideriyik, amma…” – Zidan

İspaniya La Liqasının 21-ci turu çərçivəsində “Valyadolid”ə 1:0 hesabı ilə qalib gələn “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “Real”ın oyunu haqqında danışan fransalı mütəxəssis, turnir cədvəlinin liderliyinə yüksəlmələrinə də toxunub:

“Ağır oyun keçirdik, müdafiədə yaxşı mübarizə apardıq, nəticədən məmnunam. İkinci hissədə yaxşı oyun göstərdik, daha sürətli olduq. Gücümüz budur. Hamılıqla müdafiə olunuruq. Hazırda turnir cədvəlinin lideriyik, amma bu, heç nəyi dəyişmir. Qarşıda hələ 17 oyun var, uğur istəyiriksə, sona qədər mübarizə aparmalıyıq. La Liqada qalib gəlmək üçün qarşıda uzun yol var.

Naçonun qol vurmasına sevinirəm, o, bu klubu yaxşı tanıyır. Peşəkar futbolçudur”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button