“Hazırda heyətdə olan bütün futbolçular komandada qalsa…” – Tuxel

Fransa Liqa 1-də liderliyini davam etdirsə də, Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Yunayted”ə məğlub olaraq, mübarizəni dayandıran PSJ-nin baş məşqçisi Tomas Tuxel transferlərlə bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, mövsümün sonunda azı 3 transferin lazım olduğunu deyib:

“Mövsümün sonunda komandaya neçə transfer ediləcəyini demək çətindir, çünki heyətdəki futbolçuların taleyi məlum deyil. Hazırda heyətdə olan bütün futbolçular komandada qalsa, 3 və ya 4 transferin kifayət edəcəyini deyə bilərik”.

Paris təmsilçisinin futbolçuları Kilian Mbappe, Neymar və Edinson Kavani üçün Avropanın böyük klublarından təkliflər olduğu deyilir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button