“Hansı komandada bilmirəm, amma həqiqətən, orda oynamaq istəyirəm” – Qrizmann

“Barselona”nın futbolçusu Antuan Qrizmann karyerası ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, “Los Anceles Times”a danışan fransalı hücumçu, karyerasını MLS-də bitirmək istədiyini deyib:

“Barselona” ilə La Liqa və Çempionlar Liqasının qalibi olmaq həm xəyalım, həm də hədəfimdir. Bütün titulları qazanmaq istəyirəm, həmçinin Qətərdə keçiriləcək dünya çempionatı da var. Bütün bunlardan sonra MLS-ə keçə bilərəm. Hansı komandada bilmirəm, amma həqiqətən, orda oynamaq istəyirəm. Karyeramı orda yaxşı çıxış edərək, komandamın bir parçası olaraq və titullar uğrunda mübarizə apararaq bitirmək hədəfimdir”.

29 yaşlı futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.