Hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza

İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda 2-ci Liqanın 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qusar” – “Sheki City” oyununun 86-cı dəqiqəsində “Qusar” klubunun 57 nömrəli futbolçusu Eşqin Tağıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Qusar” klubu 200 manat cərimə edilib.

“Qusar” – “Sheki City” matçının oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Qusar” klubu 80 manat cərimə edilib.

“Qusar” – “Sheki City” matçı təhlükəsizlik nümayəndəsi olmaması səbəbindən 6 dəqiqə gec başladığına görə “Qusar” klubu 100 manat cərimə edilib.

“Kürmük Qax” – “Füzuli” oyununun 34-cü dəqiqəsində “Kürmük Qax” klubunun 34 nömrəli qapıçısı Səbuhi Əhmədov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Kürmük Qax” klubu 150 manat cərimə edilib.

“Şəfa” – “Ağdaş” oyununun 90+2-ci dəqiqəsində “Şəfa” klubunun 55 nömrəli futbolçusu Loğman Əliyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Şəfa” klubu 80 manat cərimə edilib.

“Şəfa” – “Ağdaş” oyununda xərəkdaşıyanlar olmadığına görə “Şəfa” klubu 80 manat cərimə edilib.

“Cəbrayıl” – “Şəmkir” oyununda “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şəmkir” klubu 70 manat cərimə edilib.

“Göygöl” – “Şahdağ Qusar” oyununun 2-ci hissəsində xərəkdaşıyanlar olmadığına görə “Göygöl” klubu 80 manat cərimə edilib.

“Kür-Araz” – “Lerik” oyununun 79-cu dəqiqəsində “Lerik” klubunun 3 nömrəli futbolçusu Əflatun Məmmədovun 2-ci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Lerik” klubu 300 manat cərimə edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button