
Təcavüzdə ittiham olunan futbolçu: “Sanki hədəfə çevrilmişəm”
PSJ-nin və Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimi ona qarşı irəli sürülən təcavüz ittihamları barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, indiyədək məsələ ilə bağlı ictimai açıqlama vermədiyini və ədalət sisteminə güvənərək prosesin gedişini gözlədiyini söyləyib:
“Mən bu barədə heç nə demədim. Təmkinli davrandım və ədalət sisteminə etibar etdim. Düşünürdüm ki, düzgün hökm çıxara bilərik. Bu hekayə mənə və ailəmə mənfi təsir göstərib. Sanki hədəfə çevrilmişəm. Nəhayət, hər şeyi deyə biləcəyim məhkəmə prosesinin başlamasını gözləyirəm”.
Prokurorluq futbolçunun təqsirli bilinməsini tələb edir. Hakimi günahkar hesab edilərsə, onu 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. Bu mərhələdə söhbət ittihamlardan gedir və məhkəmə tərəfindən yekun hökm hələ çıxarılmayıb.
Bizi Facebook-da izləyin


