“Hər şey bizdən asılı deyil” – Murad Musayev

“Sabah”ın baş məşqçisi Murad Musayev “Beşiktaş”la keçirilən yoldaşlıq oyunundan sonra (3:3) mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında aşağıdakı fikirləri səsləndirib:

“Çox yaxşı oyun oldu. Azərbaycana böyük klub qonaq gəlmişdi. Açıq oyun izlədik. Azarkeşlər də oyundan həzz aldı. Biz “Sabah” Futbol Klubu olaraq zəlzələdən əziyyət çəkənlərə dəstək olmağa çalışdıq. Bu matça çoxlu azarkeş qarşısında çıxdıq. Futbolçularım rəqibin oyunçularından çəkinmədi. Çox yaxşı çıxış etdik. Məncə, bunu avrokubokların pley-off oyunundan öncə yaxşı hazırlıq matçı hesab edə bilərik.

Avropada da belə çıxış etmək istəyirik. Rəqib hücumların qarşısını alırdı. Bu gün sərgilədiyimiz oyunu avrokuboklarda da davam etdirməyə çalışacağıq.
Çempionat bitdikdən sonra transferlər haqda düşünəcəyik. Bizə yeni nəfəs lazımdır. Hazırda bu haqda danışmaq tezdir. Qarşıda oyunlarımız var. Aleksey Kaşuku heyətdə saxlamaq istəyirik. Hər şey bizdən asılı deyil.

“Qarabağ” bu gün “Səbail”i məğlub etsə və çempion olsa, Qurban Qurbanovu təbrik edəcəyəm. Xeyr, buna görə əhvalımız dəyişməyəcək. Hər şeyə peşəkar yanaşmaq lazımdır. “Qarabağ” çempionluğu rəsmiləşdirsə, oyun üslubumuzu növbəti oyunlarda da tətbiq etməyə davam edəcəyik”.

Xatırladaq ki, bilet satışından əldə olunan gəlir Türkiyədə zəlzələdən əziyyət çəkənlər üçün təsis edilmiş yardım fonduna köçürüləcək.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button