
“Hələ heç kimlə razılığa gəlməmişik, amma…” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyundan danışıb.
Komanda.az xəbər verir ki, o, 3:0 hesablı qələbəni belə şərh edib:
“Futbolçularımı təbrik edirəm, vacib qalibiyyət idi. Bəlkə də, çox uğurlu oyun deyildi, lakin qarşımızda çox yaxşı müdafiə olunan komanda var idi. Hesab 3:0 olsa da, bizim üçün hər şeyin tamamilə qaydasında getdiyini deyə bilmərəm. Komandamda motivasiya yerində idi və buna görə yaxşı qalibiyyət əldə edə bildik. Stadionda olan hər kəsə təşəkkür edirəm. “İmişli”yə də təşəkkürlər. Premyer Liqada ilk illəri idi və buna baxmayaraq, çox yaxşı çıxış etdilər”.
Qurbanov, eyni zamanda, transferlər və hazırkı heyətlə bağlı suallara cavab verib:
“Heç kəslə razılığa gəlməmişik, lakin çox futbolçu ilə danışıqlar gedir.
Musa Qurbanlının zədəsi ola bilər ki, Avroliqa oyunlarına kimi düzəlməsin. Böyük ehtimal, belə olacaq. Bədavi Hüseynov isə böyük ehtimalla komandada qalacaq. Son oyunlarda çox yaxşı performans göstərdi. Lakin qəti qərar verməsək də, ola bilər ki, bəzi oyunçularla vidalaşacağıq”.
Nəzrin
Bizi Facebook-da izləyin



