Hər il azı 2 Fransa klubu Avropa Super Liqasında iştirak edəcək

Yeni yaradılan Avropa Super Liqasında hər il azı iki Fransa klubu iştirak edəcək.

Komanda.az xəbər verir ki, bu barədə “Frans-Press” agentliyi (AFP) məlumat yayıb. Xəbərdə, Fransa çempionatının qalibinin Avropa Super Liqasında iştirak edə biləcəyi bildirilib. Bundan başqa, daha bir Liqa 1 təmsilçisinin də yeni yaradılan turnirdə mübarizə aparacağı qeyd olunub.

Avropanın 12 klubu yeni Super Liqanın yaradıldığını bəyan ediblər. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcək.