“Həqiqətən, “Qarabağ” çox yaxşı komandadır” – “Lex”in baş məşqçisi

Polşanın “Lex” klubunun baş məşqçisi Con van den Brom “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 1-ci təsnifat ilk oyunundan öncə mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, “Lex”in baş məşqçisi “Qarabağ”a hörmət etdiklərini deyib:

“Çempionlar Liqasında zəif rəqib yoxdur. “Qarabağ”a hörmət edirik. Həqiqətən, çox yaxşı komandadır. Ötən mövsüm Konfrans Liqasında etdiklərini görmüşük. Eləcə də, rəqib bizə hörmətlə yanaşır”.

İyulun 5-də Poznandakı eyniadlı arenada oynanılacaq “Lex” – “Qarabağ” matçı saat 22:00-da başlayacaq.

Bizi Telegramda izləyin