“Hələ İtaliyaya uyğunlaşmaq dövrüm var” – De Liqt

İtaliya A Seriyasının ilk turu çərçivəsində səfərdə “Parma”ya 1:0 hesabı ilə qalib gələn “Yuventus”un yeni transferi Matteys de Liqt açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı futbolçu, ehtiyatda qalması ilə bağlı danışıb:

“Baş məşqçimiz Mauritsio Sarri xəstə olduğu üçün, komandanı bu matça məşqçimiz çıxarmışdı. Əlbəttə, bu oyunda iştirak etmək istəyirdim, amma məşqçinin qərarına hörmətlə yanaşıram. Mən realist insanam. Hələ İtaliyaya uyğunlaşmaq dövrüm var. “Parma” ilə matçda meydanda olan Corco Kyellini-Leonardo Bonuççi dueti uzun müddətdir dünyanın ən yaxşısı hesab olunur. Bu mövsüm komandadakı yerimi qazanmalı olacam”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button