“Qəbələ” “bürünc” üçün oynayacaq

Gürcüstanın Tbilisi şəhərində keçirilən “Dinamo Cup” beynəlxalq turnirində ilkin mərhələ başa çatıb.

Komanda.az xəbər verir ki, “Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası bu mərhələdə üç oyun keçirib. Yarışın ilk günündə “Riqa” (Latviya) klubuna 2:3 hesabı ilə məğlub olan “qırmızı-qaralar” daha iki matça çıxıb. Litvanın “Ateitis” klubu üzərində böyükhesablı qələbə qeydə alınıb – 4:1. İkinci görüşdə meydan sahibi “Dinamo”ya uduzan (0:3) Sərdar Qafarovun komandası ilkin mərhələdə 3 xalla 3-cü yeri tutub.

İlk iki pillədə olan “Dinamo” (9 xal) və “Riqa” (4 xal) final, “Qəbələ” ilə “Ateitis” (1 xal) üçüncü yer uğrunda oyuna çıxacaqlar.

Yarış 2006-cı il təvəllüdlü futbolçular arasında keçirilsə də, reqlamentə əsasən, hər komanda avqustdan sonra doğulmuş üç 2005-ci il təvəllüdlü futbolçunu heyətinə qata bilər. “Qəbələ”nin heyətində iki belə futbolçu var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button