Gürcüstan klubu “Qarabağ”ın sabiq futbolçusunu təqdim etdi

“Qarabağ”ın sabiq hücumçusu Reynaldo Silva Gürcüstanın “Dinamo” klubu ilə müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, 30 yaşlı futbolçu Batumi təmsilçisi ilə 1 illik sözləşməyə imzalayıb.

Braziliyalı oyunçu yeni klubunda 9 nömrəli formada çıxış edəcək.

Reynaldo 2013-2017-ci illərdə Ağdam təmsilçisinin formasını geyinib.