Arda: “Ançelotti “Real”a keçəcəyimə dair söz verməmi istədi”

“Real”ın yarımmüdafiəçisi Arda Gülər “Fənərbaxça”dan transfer olunmazdan əvvəl Madrid klubunun baş məşqçisi Karlo Ançelotti ilə necə razılığa gəldiyindən danışıb.

Komanda.az “Madrid Zone”-yə istinadən xəbər verir ki, 19 yaşlı türkiyəli futbolçu Ançelottinin şəxsən onun transferinə razılıq verdiyini bildirib:

“Ançelotti həmin yay üç dəfə mənə zəng etdi. O, hətta məndən “Real”a keçəcəyimə dair söz verməmi istədi”.

Arda Gülər Madrid klubunun heyətində bütün turnirlərdə 8 matça çıxıb, 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button