“Gözlədiyimiz kimi, çətin oldu” – Kadi Borges

“Final oyunu gözlədiyimiz kimi, çətin oldu. Sonadək dözdük. Komanda yoldaşlarıma təşəkkür edirəm”.

Komanda.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Kadi Borges Qəbələdə “Zirə”yə qalib gəldikləri Azərbaycan kubokunun final oyunundan sonra deyib:

“Qarabağ”dakı ilk mövsümümdə bütün mümkün titulları qazanmaq əladır. Biz ailəyik. Hər kəsə minnətdarlığımı bildirirəm”.

Final matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyi üçün qalibi penaltilər seriyası müəyyənləşdirib. Daha dəqiq oynayan “Qarabağ” kuboka sahib çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button