Gənc futbolçuların transferindən ən çox gəlir əldə edən klublar – SİYAHI

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) ən azı üç mövsüm formasını geyinmiş 15-21 yaş aralığında futbolçuların transferindən ən çox gəlir əldə edən 100 klubun adını açıqlayıb.

Komanda.az xəbər verir ki, araşdırma son 10 ili əhatə edib.

Siyahıya Portuqaliyanın “Benfika” klubu başçılıq edir. Adıçəkilən klub ümumilikdə 30 belə oyunçu satıb ki, onların keçidindən 516 milyon avro qazanıb.

Siyahının ilk 12 klubu Avropa təmsilçisidir. 13-cü pillədə yer alan Braziliya “Flamenqo”su son 10 ildə gənc futbolçuların satışından 228 milyon avro büdcəsinə əlavə edib.

Akademiyasının yetirmələrinin transferindən ən çox gəlir götürən 10 klub:

1. “Benfika” (Portuqaliya) – 516 milyon avro (30 futbolçu)

2. “Ayaks” (Niderland) – 376 milyon (36)

3. “Lion” (Fransa) – 370 milyon (32)

4. “Real” (İspaniya) – 364 milyon (28)

5. “Çelsi” (İngiltərə) – 347 milyon (28)

6. “Monako” (Fransa) – 325 milyon (18)

7. “Sportinq” (Portuqaliya) – 306 milyon (31)

8. “Tottenhem” (İngiltərə) – 256 milyon (23)

9. “Mançester Siti” (İngiltərə) – 254 milyon (27)

10. “Atalanta” (İtaliya) – 250 milyon (34)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button