“Gəncə”nin baş məşqçisi və legionerləri Azərbaycanı tərk etdilər

Basketbol üzrə Azərbaycan çempionatında ilk dövrə başa çatıb və kollektivlər qış fasiləsinə çıxıblar.

Komanda.az xəbər verir ki, bu səbəbdən “Gəncə”nin üzvlərinə istirahət verilib.

Baş məşqçi Bedri Meriç Türkiyəyə, ABŞ və Kanadadan olan legionerlər isə okeanın o tayına yollanıblar.

Basketbolçular və məşqçilər korpusu 13 günlük aradan sonra bir araya gələcəklər. “Gəncə” yanvarın 4-də doğma meydanda məşqləri bərpa edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button