“Gənclər kuboku”nun qalibi bəlli oldu

“Qəbələ” AFFA tərəfindən təşkil olunan “Gənclər kuboku”nun qalibi olub.

Komanda.az xəbər verir ki, bu klubun U-19 komandası bu gün keçirilən final oyununda “Sabah”la qarşılaşıb.

Matç Bayıldakı “ASCO Arena”da baş tutub. Əsas vaxtı qolsuz bitən görüşün taleyi əlavə vaxtda həll olunub. Famil Xəlilovun baş məşqçisi olduğu komanda 1:0 hesablı qələbə qazanaraq kuboka yiyələnib. Həlledici qolu 102-ci dəqiqədə baş zərbəsi ilə Mehrac Baxşalı vurub.

Bu, “Qəbələ”nin qazandığı ikinci kubokdur. U-19-dan öncə U-17-də ən güclü adını qazanıb. Sözügedən komanda da bir müddət öncə “U-17 kuboku”nun qalibi adına yiyələnib.

Xatırladaq ki, “Qəbələ”nin U-19 komandası 1/4 finalda “Keşlə”ni (3:2, 3:1), yarımfinalda “Qarabağ”ı (1:1, 3:2) mübarizədən kənarlaşdırmışdı.