“Gəncə” “Quba” ilə görüşdən qalib ayrıldı

Azərbaycan Basketbol Liqasında 7-ci turun daha bir oyunu keçirilib.

Komanda.az xəbər verir ki, günün ilk matçında “Quba” “Gəncə”ni qəbul edib. B qrupunun qarşılaşması qonaqların qələbəsi ilə bitib – 95:78

Xallarının sayını 13-ə çatdıran “Gəncə” liderliyini davam etdirir. “Quba” 9 xalla sonuncu – 6-cı sıradadır.

Hazırda B qrupunda “Ordu” – “Şəki” qarşılaşması davam edir. A qrupunda “Abşeron” – “Sərhədçi” görüşü saat 18:00-da start götürəcək.

Turun ötən gün baş tutan oyunlarında “Neftçi” “Sabah”ı 71:66, “Sumqayıt” “Lənkəran”ı 108:99, “Naxçıvan” isə NTD-ni 95:77 hesabı ilə üstələyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button