Yay transfer pəncərəsinin vaxtı açıqlandı – Yüksək Liqada

Futzal üzrə Yüksək Liqada 2021-2022-ci il mövsümünə sentyabrın 9-da start veriləcək.

Komanda.az xəbər verir ki, Yüksək Liqada transfer pəncərəsinin açılış və bağlanış vaxtı açıqlanıb. Bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Komandalar oyunçuların transferini və qeydiyyatını iyulun 5-dən sentyabrın 22-dək həyata keçirə biləcəklər.

Qeyd: Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə uyğun olaraq yalnız 18 yaşdan yuxarı vətəndaşlar COVID pasportunu (vaksinasiya sertifikatı, xəstələnib sağalmış şəxslər üçün immunitet sertifikatı) göstərməklə idman zallarında məşq edə və ya oyun keçirə bilərlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button