“Məğlub olsan, heç kim əlini sıxmayacaq, təbrik etməyəcək” – milli üzvü

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin Moldova – Azərbaycan oyunundan (3:5) sonra Azərbaycan millisinin müdafiəçisi Eduardo Borqes Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

Komanda.az həmin müsahibəni təqdim edir:

  • Oyun niyə bu qədər çətin keçdi?
  • Həqiqətən də ağır qarşılaşma oldu. Əhval-ruhiyyəmiz yaxşı idi, sırf oyuna köklənmişdik. Rəqib də boş dayanmırdı. Çalışırdı evdə oynamağı üstünlüyə çevirsin. Uşaqlar yaxşı oynadılar. Bu, idmandır, əsas olan isə nəticədir. Əgər məğlub olsan, heç kim əlini sıxmayacaq, təbrik etməyəcək. Yaxşı oynayıb uduzmaqdansa, pis oynasan belə, qələbə qazanmağın daha vacibdir. Bizim üçün 3 xalı lazım idi, bunu da bacardıq.
  • Amma baş məşqçi komandanın oyuna yaxşı köklənmədiyini bildirdi.
  • Məncə, uşaqlar istəkli idilər, oyuna foks olmuşdular. Çətin bir qarşılaşma oldu. Ancaq yekunda hamımız istədiyimiz nəticəni qazandıq və buna görə məmnunuq. İndi rəqiblər bir-birini yaxşı tanıyır. Onlar da hər gün məşq edirlər, hazırlaşırlar. Bizdə alınmaya-alınmaya 5 qol vurduq, Moldova futzalçıları isə cəmi 3 dəfə bizi cəzalandırdılar. Deməli, biz onlardan daha yaxşı oynamışıq. Həm də nəzərə alaq ki, biz Bakıda yox, fərqli zalda oynayırdıq.
  • Oyunun keçirildiyi zalda artıq 3 məşq keçmişdiz. Adaptasiya ilə bağlı problem vardı?
  • Biz 3 məşq keçdik, Moldova millisi isə hər gün bu zalda hazırlaşır. Onlar daha yaxından bələddirlər zala, örtüyə. Bu baxımdan 3 gün azdır. Həm də birinci hissənin 10 dəqiqəsi tamam olanda bizim passivimizdə artıq 5 cərimə xalı var idi. Maksimum ehtiyatlı tərpənməli, düzgün sığortalamalı idik bir-birimizi. Kənardan asan görünsə də, meydanda bunu etmək çətindir.
  • Artıq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etdik. Qalan oyunlarda hədəf nə olacaq?
  • Biz hələ işimizi başa çatdırmamışıq. Son oyuna qədər mübarizəmizi davam etdirəcəyik. Əvvəlcə birinci pilləni təmin etməliyik. Üstəlik, oyunumuzu inkişaf etdirməliyik. Arxada qalan sgörüşlərdəki əhvlərimizi aradan qaldırmalıyıq. Final mərhələsinə vəsiqə qazandıq, əla. Deməli, məqsədə nail olduq. Ancaq mübarizə davam edir, iki oyundan da maksimum xal toplamalıyıq.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button