Son çempion bombardirlə anlaşdı

Futzal üzrə Yüksək Liqa təmsilçisi “Araz” növbəti transferini reallaşdırıb.

Komanda.az xəbər verir ki, son çempion ötən mövsümün bombardiri olmuş Hadi Rezvanla anlaşıb. Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb. Hücumçu mövsümün sonuna qədər “Araz”ın formasını geyinəcək.

Hadi Rezvan ötən il “Xəzər Cənub”la çempionatın gümüş medallarını qazanıb. O, 85 qolla həm də Yüksək Liqanın bombardiri olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button