Azərbaycan millisi yunanlara böyük hesabla qalib gəldi

Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Yunanıstan yığması ilə qarşılaşıb.

Komanda.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan oyunu Ukraynadan olan hakimlər briqadası idarə edib.

Azərbaycan yığması Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etdiyindən, bu qarşılaşma formal xarakter daşıyırdı. Lakin komandamız bu görüşdə də böyük hesabla qalib gəlib.

Futzal, Avropa çempionatı, seçmə mərhələ

14 aprel

Azərbaycan – Yunanıstan 4:0
Qol: Fineo, 3. Q.Panayotis, 14-öz qapısına. İ.Atayev, 16. R.Çovdarov, 25.
Hakimlər: Hakimlər: Yaroslav Vovçok, Yevgen Xordienko (hər ikisi Ukrayna), Knyaz Əmiraslanov (Azərbaycan)
Timekeeper: Hikmət Qafarlı
Hakim-inspektor: Andreas Demetriou (Kipr)

Azərbaycan: 1. Emin Kürdov (q), 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 13. Qalo, 16. Fineo De Arauxo, 12. Rövşən Hüseynli (q), 19. Cavad Məmmədov (q), 3. Tyaqo Bolinya, 5. Amir Şocaei, 11. Xətai Bağırov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 14. Hadi Ahmadi, 20. Tofiq Mikayılov.
Baş məşqçi: Joze Alesio Da Silva.

Yunanıstan: 12. Dimitris Zervas (q), 2. Spiridon Kondilatos, 3. Dimitrios Karavidas, 4. Qusis Panayotis, 16. Marios Ntatis, 1. Teofilu Dimitrios (q), 5. Floros Axilleas, 6. Çaralampos Stavrakopulos, 7. Andreas Tarnanidis, 8. Papakostas Spiridon, 9. İoannis Delaportas, 11. Apostolos Gkaifillias, 10. Spiridon Papadopulos, 15. Dimitrios Karidas.
Baş məşqçi: Yannis Ziavas.