Azərbaycan millisi Yunanıstana da qalib gəldi

Bu gün futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 3-cu qrupda ikinci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, millimiz Afinada Yunanıstan yığması ilə qarşılaşıb.

Oyuna sürətlə başlayan futzalçılarımız 2 dəqiqə ərzində rəqibi iki dəfə meydanın mərkəzinə dəvət edib. Əvvəlcə Vassura, ardınca isə Edu rəqib torunu silkələyib. İkinci hissədə də qol vuran millimiz olub. Bu dəfə Çovdarov adını tabloya yazdırıb.

Bununla da, ardıcıl ikinci qələbəsini qazanan millimiz növbəti matçını martın 4-də Bakıda Moldova yığmasına qarşı keçirəcək.

AÇ-nin seçmə mərhələsi, 3-cü qrup

2 fevral

Yunanıstan – Azərbaycan 0:3
Qol
: Vassura, 1:04. Eduardo Borges, 1:38. Ramiz Çovdarov, 25:58.
Hakimlər: İbrahim El Jilali (Niderlan), Lars Van Leeuven (Niderlan), Vasilios Christodoulis (Yunanıstan).
Timekeeper: Nikolaos-Andreas Pachakis (Yunanıstan).
Daiis İdman Sarayı. Saat 20:00.

Yunanıstan: 12. Dimitris Zervas (q), 7. Kostas Panu, 8. Artinos, 11. Antonios Manos, 16. Marios Ntatis, 1. Teofilu (q), 2. Kondilatos , 3. Dimitrios Karavidas, 4. Kostas Malovits, 5. Qusis, 6. Çaralampos Stavrakopulos, 9. Yannis Delaportas, 10. Vasilis Asimakopulos, 14. Andreas Tarnanidis.
Baş məşqçi: Yannis Ziavas.

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 13. Qalo, 9. Rafael Vilela, 10. Vassura, 6. Eduardo Borqes, 1. Emin Kürdov (q), 3. Bolinya, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 7. Ramiz Çovdarov, 20. Tofiq Mikayılov, 2. Oktay Rüstəmli.
Baş məşqçi: Joze Alesio Da Silva.

Azərbaycan – 6, Moldova – 3, Yunanıstan – 0, Slovakiya – 0.