DÇ-2022: “Futbolçularımla fəxr edirəm” – Sisse

Seneqal millisinin baş məşqçisi Aliu Sisse DÇ-2022-nin 1/8 final mərhələsinin İngiltərə ilə oyununu (0:3) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qol imkanları barədə danışıb:

“İlk 30 dəqiqə maraqlı keçdi. Şanslarımızı qola çevirə bilmədik. İngiltərə çox yaxşı oynadı. Rəqibimiz texniki cəhətdən də yaxşı idi. Gücümüzü bütünlüklə səfərbər edə bilmədik”.

Sisse futbolçuları ilə fəxr etdiyini vurğulayıb:

“Biz bu turnirə gəlmək üçün illərlə çalışdıq. İngiltərənin reytinq cədvəlində beşinci pillədə olması faktı da var. Mən futbolçularımla fəxr edirəm. Biz təslim olmadıq və nə olursa olsun, irəliləməyə çalışdıq”.

Seneqal A qrupunda 6 xal toplayaraq qrup ikincisi kimi DÇ-2022-nin pley-off mərhələsinə vəsiqə qazanıb. Qrupda onlar Qətəri (3:1) və Ekvadoru (2:1) məğlub etsələr də, Niderlandla qarşılaşmada xal itiriblər (0:2).

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button