“Futbolçularımız hələ tam formada deyillər”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov bu gün “Keşlə”yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

“Mövsümə hazırlıq toplanışımızda ilk oyunumuz olduğundan nisbətən çətinlik yaşadıq. Çünki futbolçularımız hələ tam formada deyillər. Yüklənməni yavaş-yavaş artırırıq. Bu qarşılaşmada iki müxtəlif heyətlə oynadıq. Futbolçulara fərqli tapşırıqlar vermişdik. Nəticədən asılı olmayaraq, futbolçulardan razı qaldım”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button