“Futbolçularımız əziyyətin bəhrəsini gördülər” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 7-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 7:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Futbolçularım çox yaxşı performans sərgilədilər. Bu 3 xal bizim üçün çox vacib idi. Hesab böyük olsa da, dayanmırdılar. Futbolçularım sıx qrafikdə çox əziyyət çəkdilər, lakin nəticəsini gördülər.
  • Musa Qurbanlı milli üçün hazırdırmı?
  • Musa hələ “Qarabağ” üçün hazır olmalıdır. Millinin öz rəhbərliyi var, mən nəsə deyə bilmərəm.
  • “Qarabağ”ın bu uğurunu “Neftçi”yə mesaj kimi qəbul etmək olarmı?
  • Xeyr. “Neftçi” ilə oyuna hələ çox var. Bu barədə düşünmürük.
  • “Nant”la oyundan sonra “Qarabağ”ın yorğun, ağır olacağı gözlənilirdi. Meydanda əksini gördük…
  • Bu gün də rotasiyalar etmişdik. Çox da uğurlu alındı. Bu, mənə inam verir. Avrokubokda yaxşı səviyyədə oynamaq üçün çempionatda yaxşı oynamalıyıq. Bütün oyunçular yaxşı motivasiya olunmuşdular. Avropada az oynayan futbolçular çempionat oyunlarını gözləyirlər. Buna sevinirəm. Hər məşqçinin öz düşüncələri var. Yorğunluğ barədə çox düşünmək istəmirik. Bəzən bu, qaçılmazdır. İnsan robot deyil. Müəyyən həddə qədər getmək olur. Yorğunluq olmamasına çalışsaq da, bəzən bu, qaçılmazdır.
  • Millinin oyunları komandanın formadan düşməsinə səbəb olmayacaq? Milliyə gedənlərin arasında zədələnənlər də ola bilər…
  • Neqativ yanaşmayaq. Bəzi oyunçulara istirahət çox vacibdir. Əlimizdə 3-4 futbolçu qalır. Digərləri 3-4 gündən bir oynayacaq. Legionerlərimiz arasında da gedənlər olacaq. Oyunçularımız çox yükləmədə olacaqlar. İstərdim ki, 10 gün bir yerdə olsunlar. Edəcək bir şey yoxdur.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button