Paytaxt klubunun 21-ci çempionluğu rəsmiləşdi

Futbol üzrə Xorvatiya çempionatında 2019/20 mövsümünün qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Zaqrebin “Dinamo” klubu sona 6 tur qalmış çempionluğunu rəsmiləşdirib. Turnir cədvəlində 72 xalla lider olan “Dinamo” ən yaxın izləyicisi “Qoritsa”nı 19 xal qabaqlayır.

Paytaxt təmsilçisi klub tarixində 21-ci dəfə Xorvatiya çempionu adını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button