Portuqaliyada çempion bilindi

Futbol üzrə Portuqaliya Premyer Liqasında çempion bəlli olub.

Komanda.az xəbər verir ki, 32-ci turda “Boavişta”nı 1:0 hesabıyla məğlub edən “Sportinq” sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib. Lissabon təmsilçisi 82 xalla liderdir və ən yaxın izləyicisi “Portu”nu 8 xal qabaqlayır.

“Sportinq” klub tarixində 19-cu dəfə Portuqaliya çempionu olub. Lissabonlular sonuncu dəfə Premyer Liqanı 2001/2002 mövsümündə qazanmışdılar.