Futbol üzrə Belarus milli komandasının yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, yığmanın “sükan”ı Georgi Kondratyevə tapşırılıb. Bu barədə Belarus millisinin mətbuat xidməti məlumat yayıb. Georgi, yığmanın iyunun 2-də Azərbaycan, 7-də isə Syerra Leone ilə keçiriləcək yoxlama matçlarında komandaya rəhbərlik edəcək.
Kondratyev ötən gün istefa vermiş Mixail Marxeli əvəzləyib. O, 2012-2014-cü illərdə də Belarus millisinin baş məşqçisi olub.