Gəncə şəhər stadionunda daha bir meydança

Futbol infrastrukturunun inkişafı məqsədilə AFFA tərəfindən daha bir layihənin icrasına start verilir.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, iyunun 24-dən etibarən Gəncə şəhər stadionunun ərazisində AFFA-nın maliyyə vəsaiti hesabına süni örtüklü standart ölçülərə malik (105x68m) məşq meydanının inşası başlayacaq.

Tikinti işləri bütövlükdə AFFA tərəfindən həyata keçiriləcək. Meydan hazır olduqdan sonra “Kəpəz” klubu ilə yanaşı, uşaq futbol komandaları da süni örtüklü meydandan yararlana biləcək.

Gəncə şəhər stadionunun əsas meydanının da təbii ot örtüyü 2017-ci ildə AFFA tərəfindən inşa olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button