Agentdən Qvardiolaya: “Afrikalılara heç vaxt toxunmayın!”

Futbol agenti Dmitri Selyuk Çempionlar Liqasının yarımfinalının cavab oyununda “Mançester Siti”nin “Real”a uduzmasını (1:3, 5:6 – ümumi hesab) şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Selyuk, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiolanı tənqid edib:

“Qvardiola keçən il də Çempionlar Liqasını əldən verdi. Bu il də eyni şey oldu.

Beş il əvvəl afrikalı futbolçular haqqında danışmışdım. Müəyyən şeylər var… Afrikalılara heç vaxt toxunmayın! Pep Çempionlar Liqasını qazanmaq üçün gətirildi, amma təəssüf ki, heç bir nəticə yoxdur. Yaya Ture (“Mançester Siti”nin keçmiş futbolçusu) Qvardiolanın yerinə keçsə, “Mançester Siti” Çempionlar Liqanın qalibi olacaq. Gülməyə ehtiyac yoxdur. Qvardiola bir vaxtlar Yayanı incitdi və indi hər şey onun özünə qayıdır”.

Selyuk daha əvvəl demişdi ki, bir çox afrikalı şamanlar lənətə görə Qvardiolanın Çempionlar Liqasını qazanmasına imkan verməyəcəklər.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button